Yəmənin Ədən şəhərinin hava limanında güclü partlayış baş verib. “Qafqazinfo” “Əl-Cəzirə” kanalına istinadən xəbər verir ki, partlayış Yəmənin yeni hökumət üzvlərinin hava limanına çatdığı ərəfədə baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində 5 nəfər həlak olub, 20 nəfər yaralanıb. Ölənlər arasında ölkənin insan hüquqları nazirinin də olduğu bildirilib. Bəzi iddialara görə, partlayış hava hücumu nəticəsində baş verib.