Ipoteka kreditlərinin hamısı Bakının payına düşür
Yanvar-iyulda ipoteka kreditləşməsinin həcmi 62,2 mln manat, ötən ilin eyni dövründə 64,2 mln manat olub. Kreditlərin hamısı Bakının payına düşür. Bu məlumatı Mərkəzi Bank yayıb. AMB-nin məlumatına görə, hesabat dövründə orta ipoteka kreditinin həcmi 39 min 905,4 manat (1 iyul 2013-cü ildə 39,47 min manat), orta aylıq ödəniş 318,5 manat, ötən il isə 319,9 manat olub.
Kteditlər üzrə dərəcə cüzi azalıb - 6,88 faizdən 6,82 faizə. Artım tempində azalma (- 3,1%) yüksək dərəcə ilə bağlıdır - sosial ipoteka üzrə 4, başqa ipoteka üzrə ÿisə 8 faizdir. Müqayisə üçün Çexiyada orta dərəcə 2,95%-dir. Amma nəzərə alaq ki, Praqada mənzillərin qiyməti xeyli bahadır.
Samir Əliyev: «ipotekanınÿ inkişaf etməməsinin əsas səbəbi ilkin ödənişin yüksək olmasıdır»
Iqtisadçı Samir Əliyev "Turan"a açıqlamasında bildirib ki, iqtisadiyyatın indiki vəziyyəti üçün 8 faizdir pis dərəcə deyil. Özəl bankların imkanı olsa, onu ikiqat artırar. Amma əhali indiki şərtlərlə kütləvi şəkildə ipoteka krediti götürə bilmir: “Milli Bankın məsul işçiləri bildirir ki, əhalinin imkanlarının yavaş öyərnilməsində məqsəd əhalinin tələbatı ilə bankların oprtfelinin təhlükəsizliyinin qorunması üçün balans yaratmaqdır.ÿIpotekaÿkreditləşməsi başlayandan (2006-cı ilin yanvarı) 543,55 mln manat ipoteka krediti verilib.ÿ Ipotekaÿ kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir. Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir. Ipotekanın ÿinkişaf etməməsinin əsas səbəbi ilkin ödənişin yüksək olmasıdır. Sosial ipotekada o, 15, adi ipotekada 20%-dir. Yəni 50 min manatlıq mənzil almaq üçün banka 7,5-10 min manat ödəmək lazımdır.ÿBu gün belə mənzil və onu almaq istəyən çoxdurmu?ÿ Ipoteka ÿkreditləşməsinin əsas şərtləri bunlardır: kreditlər manatla, Azərbaycan vətəndaşlarına verilir. Kreditlə mənzil və xüsusi ev almaq olar. Kredit səviyyəsi bazar qiymətinin 80%-i keçmir. Kredit üzrə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70%-i keçməməlidir. Həyat sığortası icbaridir. Hazırda AIF-in agentləri 28 bankdır 21 sığorta şirkəti və 11 qiymətləndirmə şirkəti də ipoteka bazarının iştirakçısıdır”.
Açıqlanan rəqəmlər əslində Azərbaycandakı acınacaqlı durumu ortaya qoyur. Ipoteka kreditlərinin yalnız paytaxtı əhatə etməsi və yalnız cüzi kəsim üçün əl çatan olması ölkə reallıqlarını göstərir.
Nemət Əliyev: «Bu gün ipoteka gərəksiz alətə çevrilib»
Azərbaycan hakimiyyətinin ipoteka mexanizmindən faydalı məqsədlər üçün istifadə edə bilmədiyini deyən iqtisadçı Nemət Əliyev hesab edir ki, ipoteka siyasəti ağır sosial durumda olan şəxslərin problemlərini həll etməyə hesablanmalı idi: “Düşünülürdü ki, mənzili olmayanlar bu kreditlərdən istifadə edərək mənzil sahibi olacaqlar. Ümumi vəziyyəti təhlil etsək görərik ki, hakimiyyət məhz bu mexanizmi gözdən saldı. Bu gün bu mexanizm gərəksiz alətə çevrilib. Verilmiş kreditlərin yalnız Bakı şəhərini ahətə etməsinə gəlincə isə, bu onu göstərir ki, Azərbaycanda həmin ipoteka kreditlərinə əl çatmır. Ipoteka kreditlərindən çox az bir qism faydalana bilir. Ümumiyyətlə bir zamanlar belə bir vəziyyət yaranmışdı ki, kreditlərdən heç kim istifadə edə bilmirdi. Problem banklara zənglər vasitəsilə həll olunurdu ki, ayda bu qədər ipoteka krediti verməlisən”.
Əhalinin dolanışığ səviyyəsinə görə Bakı ilə regionlar arasında kəskin fərqlərin olduğunu deyən N.Əliyev bildirdi ki, əhalinin kənd rayonlarında gəlirləri kifayət qədər aşağıdır. “Bakıda əhalinin sosial durumu kənd rayonlarına nisbətən daha yüksək olduğundan ipoteka kreditləri yalnız paytaxtda paylanıb. Kəndlərdə yaşayanlar ipotekadan ona görə yararlana bilmirlər ki, həm şərtlər ağırdır, həm də əhalinin sosial durumu aşağıdır. Əhalinin gəlir mexanizmi işləmir. Əhali əldə etdiyi cüzi gəlirlər yalnız minimum ehtiyaclarını ödəyirlər”, deyə N.Əliyev vurğulayıb.