Artıq dördüncü gündür ki, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynovdan xəbər yoxdur.
"Turan" xəbər verir ki, avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-də axtarış apararkən Emin Hüseynov iştirak etməyib.
Axtarışa rəhbərlik edən müstəntiq RATİ-nin direktorunun iştirakının vacib olmadığını bildirib.
RATİ-nin əməkdaşları və ailəsi Emin Hüseynovun harada olduğunu bilmir. Emin Hüseynovun mobil telefonu avqustun 10-dək zəngləri qəbul edib, amma cavab verən olmayıb. Avqustun 11-dən isə telefonu söndürülüb.
Baş Prokurorluğun mətbuat xidməti də Emin Hüseynovla bağlı məlumata malik deyil.
“Mətbuat xidmətində Emin Hüseynovla bağlı hər hansı məlumat yoxdur”, - mətbuat xidmətindən Turan-a bildirilib