Serbiyanın müdafiə naziri Azərbaycana gəlir

11-08-2014, 14:40   

Serbiyanın müdafiə naziri Azərbaycana gəlirBu gün Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiç Azərbaycana rəsmi səfərə gələcək.

“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

B.Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər avqustun 13-dək davam edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar