Natiq Ədilovun ata evinə basqın edildi

11-08-2014, 22:30   
Natiq Ədilovun ata evinə basqın edildiJurnalistin qardaşı həbs olundu

Hazırda rayona gedən N.Ədilovun verdiyi məlumata görə, silahlı polislərin evə basqını zamanı anası ciddi stress keçirib və vəziyyəti pisləşıb. Nəticədə təcili yardıma müraciət etmək məcburiyyətində qalıblar. Həmçinin qardaşının azyaşlı övladları baş verənlərdən qorxu keçirib.

***

“Azadlıq” qəzetinin və “Azərbaycan Saatı”ı proqramının əməkdaşı Natiq Ədilovun Sabirabaddakı ata evinə basqın edilib. Bu barədə Natiq Ədilov özünün “Facebook” səhifəsində yazıb: “Əziz dostlar. Bu dəqiqə kənddən (Sabirabad) aldığım məlumata görə polis evimizə basqın edib, qardaşımı həbs ediblər. Heç bir açıqlama vermirlər. Ailə üzvlərimizlə əlaqə yarada bilmirəm. Bu növbəti xain basqındı, mənə görə ailəmizin əzaba düçar edilməsidir.

Burdan bəyan edirəm, kişisiniz sözünüz mənlə olsun. Bu böhtan və yaramazlıq heç bir halda mənim apardığım haqq davasına təsir edə bilməyəcək. Bu cür şərləməyə çox uzağa gedə bilməyəcəksiniz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.