Yaşayış kompleksində baş vermiş yanğın zamanı 6 nəfər xəsarət alıb
Abşeron rayonu “Qarant” yaşayış kompleksində baş vermiş yanğın zamanı 6 nəfər xəsarət alıb.
ANS TV-nin məlumatına görə, bu gecə paytaxtın Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən məcburi köçkünlərin müvəqqəti yaşadığı “Qarant” yaşayış kompleksində partlayışla müşahidə olunan yanğın hadisəsi qeydə alınıb. Alov ilk olaraq 1-ci binanın 2-ci blokunda qeydə alınıb. Dərhal əraziyə FHN 4 yanğınsöndürən maşını cəlb olunub və sakinlər binadan təxliyyə edilib.Yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Amma tüstüdən zəhərlənən sakinlər təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılırdı.
Bina sakinlərinin dediyinə görə yanğın elektrik şitindəki qısa qapanmadan sonra başlayıb. Dərhal binaya elektrik enerjisinin verilişi dayandırlıb. Bundan əlavə əraziyə “Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarıda cəlb olunub və binaya təbbii qazın verilişdə dayandırılıb.
Sakinlər arasında təşviş yaranmasın deyə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov əraziyə gələrək binaya baxış keçirib. Daha sonra o bildirdi ki tez bir zamanda problem aradan qaldırılacaq.
Baş vermiş yanğınla əlaqədar ərazidə araşdırma aparılır. İlkin ehtimala görə yanğına səbəb elektrik naqillərində baş vermiş qısa qapanmadır. Faktla bağlı araşdırma aparılır.