Saakashvili 5 milyon dollar dövlət vəsaitini dağıtmaqda ittiham olunur

13-08-2014, 15:25   
Saakashvili 5 milyon dollar dövlət vəsaitini dağıtmaqda ittiham olunurGürcüstanın keçmiş prezidenti Saakashviliyə qarşı yeni cinayət ittihamları irəli sürülüb.

Avqustun 13-də baş prokurorluq bildirib ki, Saakashvili 2009-cu ildən 2013-cü ilə kimi 5 milyon dollar dövlət vəsaitini dağıtmaqda ittiham olunur.

Saakashvili dövlət vəsaitini yüksək vəzifəli şəxslərin hotellərdə, yaxtalarda olarkən onların təhlükəsizliyinə xərcləməkdə ittiham olunur. Bu bahalı xidmətlər onun və onun tərəfdaşlarının dostları üçün nəzərdə tutulmuşdu.

İttiham sübut olunsa, Saakashviliyə 11 il həbs cəzası verilə bilər.

2004-cü ildən 2013-cü ilə kimi prezident olan Saakashvili keçən il Gürcüstanı tərk edib.

ABŞ Dövlət Departamenti ona qarşı ittihamlardan narahatdır.

Gürcütanın baş naziri Garibashvili şəffaf və obyektiv istintaqa söz verir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.