Ermənilərin könüllüləri tələm-tələsik ön cəbhəyə göndərməsi Azərbaycan ordusunun yüksək döyüş hazırlığı ilə bağlıdır.
Anspress-in məlumatına görə, bu barədə litvalı hərb ekspert Riçardas Lapaytis “Gülüstan” portalında dərc edilmiş müsahibəsində bildirib. “Azərbaycan silahlı qüvvələrinin hücuma başlayacağını düşünmək belə düşməni dəhşətə gətirdi. Onlar hiss etdilər ki, Azərbaycan tərəfdə nəsə dəyişib. Xalq və ordu birləşib”, - deyə Riçardas Lapaytis vurğulayıb.
Hərbi ekspert daha sonra erməni döyüşçülərdən danışıb: “İndi gəlin erməni yaraqlıların öz arxalarında nə qoyduqlarını təsəvvür edək. Dağıntı, boşalan rayon mərkəzləri. Həm də münaqişənin mənasızlığını anlayan və hələ də dinc yanaşı yaşayışı xatırlayan Qarabağ ermənilərinin narazılığı. Bu cür ordu yalnız diversiyaya və dinc əhaliyə atəş açmağa qadirdir. Onlar uzunsürən müharibəyə duruş gətirə bilməzlər”.
Riçardas Lapaytisin sözlərinə görə, Azərbaycan ordusunda tamamiləfərqli psixoloji əhvalı var. “Azərbaycanlılar öz hərəkətlərinin doğruluğuna inanırlar. Bu çox vacibdir. Əhval belə olanda ordunun sayı az olsa da qələbəyə ümid böyük olur. Buna görə də Ermənistanda dinc sakinlərə silah verərək cəbhəyə göndərməyə başladılar.Onlar isə özlərini Azərbayjan torpağında elə də inamlı saymırlar. Anlayırlar ki, məsələ ciddidir”,- deyə Riçardas Lapaytis bildirib.