Soçi: Moskvanın dominantlığı, yoxsa Qərbin tələsi?

14-08-2014, 15:23   
“Soçi görüşü Qarabağ probleminin nizama salınmasında növbəti mərhələ idi. Əgər proses bir dövlətin hökmranlığı ilə həyata keçiriləcəksə, o zaman Soçidən sonra əldə olunan cəbhədəki sakitlik uzun sürməyəcək”.
Publika.az bu barədə erməni politoloq Ovanes Mandakyan Soçi görüşünün nəticələri ilə bağlı məqaləsində bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya Minsk qrupunu küncə sıxışdırır və təşəbbüsü ələ alır: “Bu, Qafqaz üzərində təsir dairəsini daha da genişləndirir. Moskva hazırda Qarabağdan Qərbə qarşı şantaj kimi istifadə edir. Amma burada bir məqam var. Soçi Rusiya üçün öz gücünü nümayiş etdirmək üçün fürsət olmaqla yanaşı, Kreml üçün Qərbin bir tələsi də ola bilər. Bunu gələcək göstərəcək”.
Erməni politoloqu iddia edib ki, cəbhədəki sakitlik tufandan öncəki sakitliyə bənzəyir. “Minsk qrupu dekorasiya kimi görünür, Rusiya hər şeyə müdaxilə etməyə başlayıb. Amma güman ki, Soçidən sonra cəbhədə yaranmış sakitlik müvəqqətidir. Bu, daha çox tufandan öncəki sakitliyə bənzəyir”, - deyə müəllif yazıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.