ABŞ-ın Ermənistan səfiri Soçi görüşündən danışdı

14-08-2014, 16:18   
“Prezidentlər münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını sübut etdilər”
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Ermənistandakı səfiri Con Xefferen çıxış edib. Səfir Soçi görüşünün faydalı nəticələndiyini bildirib:
“Soçidə hər iki prezident münaqişənin sülh yolu ilə həlinə sadiq olduqlarını sübut etdilər. Sonuncu Vyana görüşündən uzun müddət keçmişdi. Soçi görüşü uzun zamandır gözlənilirdi və biz tezliklə prezidentlərin yenidən görüşəcəyinə ümid edirik. Əsas məsələlər üzrə fəal danışıqlara ehtiyac var. Cəbhə xəttində baş verən gərginlik münaqişənin sülh yolu ilə həllinə kömək etmir. Hər iki tərəf atəşkəsə əməl etməli və vəziyyəti gərginləşdirməkdən çəkinməlidilər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.