Ukrayna Ali Radasında insident baş verib. Axar.az xəbər verir ki, Ali Radanın deputatları Aleksandr Şevçenko ilə Oleq Lyaşko arasında dava düşüb. Parlamentin dəhlizində Lyaşko Şevçenkonu anti-terror əməliyyatları gedən zonada olmamaqda ittiham edib. Əvəzində isə Şevçenko ona yumruq zərbəsi endirib.