Kəmaləddin Heydərov iki oliqarxa qarşı

16-08-2014, 13:16   
Kəmaləddin Heydərov iki oliqarxa qarşı«Fövqəlnazir» Cahangir Hacıyevlə Cahangir Əsgərovun tikinti biznesinə əngəl törədir

Fövqəladə Hallar Nazirliyi “AF Center” şirkətinin inşa etdiyi binalarda işləri dayandırıb. Bu barədə “Azadlıq”a adıçəkilən şirkətin inşa etdiyi binalarda mənzil alan vətəndaşlar məlumat verib. Onlar bildirib ki, binaların inşası bir müddətdir ki, dayandırılıb.

“Maraqlandıq, bizə dedilər ki, işləri Fövqəladə Hallar Nazirliyi dayandırıb. Lakin səbəbini izhat etmədilər. Dedilər ki, özümüz də bilmirik. Biz də çox narahatıq. Qorxuruq ki, pullarımız batsın”, - deyə mənzil almış vətəndaşlar bildirib.

Onlar bildirib ki, binalar Bakı Quşçuluq ASC-nin ərazisində inşa edilirdi. Qeyd edək ki, bu ASC Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin nəzarətində olub. 2011-ci ildə ASC ləğv edilib. Onun əmlakı və ərazisi isə təbii ki, yenə də Cahangir Hacıyevin nəzarətində olub. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, Beynəlxalq Bankın prezidenti sonradan “Azal”ın prezidenti Cahangir Əsgərovla işbirliyinə gedərək bina tikintisinə başlayıb. “Af Center” şirkətinin məhz Cahangir Əsgərova məxsus olduğu bildirilir.

Görünür, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adıçəkilən oliqarxlarla hansısa problemləri var. Bu baxımdan da onların tikinti biznesinə əngəl törədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.