Türkiyədə müalicə olunan əsgərlərimizdən birinin vəziyyəti ağır-stabildir
Cəbhədə erməni hərbi birləşmələrinin diversiyasını dəf edərkən yaralanan əsgərlərimizdən xəbər var. Türkiyədə müalicə alan Azərbaycan əsgərləri Sərxan Tahirzadənin vəziyyəti yaxşıdır. Elvin Əsgərov isə reanimasiya şöbəsindədir.
Bu barədə ANS PRESS-ə Atatürk Eyitim və Araşdırma Xəstəxanasından məlumat verilib.
Reanimasiyada olan Elvin Əsgərovun vəziyyəti isə ağır-stabil qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqınları nəticəsində bir neçə əsgərimiz yaralanmışdı. Yaralanan əsgərlərimiz avqustun 9-dan müalicələrini Türkiyədə davam etdirir.