Roma xarabalıqlarında itən Azərbaycan milyonları

16-08-2014, 17:54   
Roma xarabalıqlarında itən Azərbaycan milyonlarıMeksikada da 4 milyard bu qabiliyyətsizliyə görə getmişdi, deyəsən

Azərbaycan qədim Romanın xarabalıqlarının qazılıb üzə çıxarılması üçün İtaliyaya pul verəcək. Bu arxeologiya işlərinin maliyyələşdirilməsi İlham Əliyev üzərinə götürüb. İtaliyanın və Romanın tarixi üçün müstəsna əhəmiyyəti olan bu qazıntıların azərbaycana nə dəxli var? Niyə bu işləri Azərbaycan maliyyələşdirməlidir?

İyulun 14-də İlham Əliyev rəsmi səfərlə İtaliyaya gedib və bu səfərin nəticəsi olaraq Azərbaycan və İtaliya Xarici İşlər Nazirləri birgə bəyanatla çıxış ediblər. Azərbaycan tərəfi bu birgə bəyanatda İtaliyanın «Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini» iddia edir. İtaliya Xarici İşlər Nazirliyi isə bildirir ki, bəyanatda belə bir punkt yoxdur və İtaliya Dağlıq Qarabağ probleminin ATƏT Minsk Qruöunun tövsiyyələri çərçivəsində, sülh yolu ilə həllini dəstəkləyib.

İndi bu söhbət uzandıqca uzanır. Amma arada Roma xarabalıqlarında itib batan milyonlarla Azərbaycan manatının taleyi qaranlıq qalır.

Meksikada Heydər Əliyevin heykəli müqabilində 4 milyardlıq investisiya proqramı barədə anlaşmaya imza atan Azərbaycan hökuməti heykəl götürüləndən sonra bu layihələrdən imtina edəcəyini bildirmişdi.

İndi İtaliya Xarici İşlər Nazirliyinin bu israrlı təkzibindən sonra Roma xarabalıqlarını eşələmək üçün söz vedikləri puldan da imtina edəcəklərmi? Bəlli deyil…

Bunlar siyasətlə məşğul olmurlar. Bütün daxili və xarici siyasətləri ticarət üzərində, alver məntiqi üzərində qurulub. Amma hətta onu bacarmırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.