Xərçəng xəstəliyinin qarşısını alan bakteriyanın tapılması tibb elmində geniş müzakirələrə səbəb olub
TİME” jurnalı siçan və itlər üzərində aparılan araşdırmanın uğurlu nəticəsi haqqında məlumat dərc edib. Bildirilir ki, oksigen qəbul etməyən Clostridium növlü bakteriya xərçəng şişini kiçildir və böyüməsinin qarşısını alır.
Siçanlarla aparılan araşdırmanı 16 itin üzərində bir daha sınaqdan keçiriblər. İtlərin bəzisində şiş yox olub, bir qrupunda isə 21 günün içində 30 faiz kiçilib. Bu təcrübə artıq insanlara da şamil edilir. 2 il ərzində 53 yaşlı bir qadının xərçəng şişi də inanılmaz dərəcədə əriyib.