Baş nazirdən İŞİD-lə bağlı qan donduran fikirlər

17-08-2014, 13:56   
Baş nazirdən İŞİD-lə bağlı qan donduran fikirlərİngiltərənin Baş naziri Devid Kemeron İŞİD haqqında qorxunc fikirlər söyləyib.
Axar.az xəbər verir ki, Baş nazir İŞİD-in göründüyündən də təhlükəli olduğunu bildirib:
“İŞİD müvəffəqiyyət qazanarsa, Aralıq dənizinin sərhədlərində bir terrorçu dövlətlə qarşı-qarşıya qalmış olacağıq. Onlar NATO üzvünə qonşu olacaqlar”.
Baş nazir onu da bildirib ki, İŞİD indi məhf edilməsə, ciddi təhlükələrlə üz-üzə olacağıq:
“Onlar Türkiyə sərhədinə qədər irəliləyiblər. İordaniya və Livan üzərində də onların nəzarəti var. Bu, Avropa üçün real təhlükədir”.
Terror təşkilatının gündən-günə gücləndiyini, minlərlə kilometr əraziyə nəzarət etdiyini deyən Baş nazir xilafətin yaranmağa başladığını etiraf edib:
“Onlar təkcə insanların düşüncələrinə nəzarət etmir. Hazırda minlərlə kilometr ərazidə hakimiyyət qurublar. Bir müddətdən sonra İngiltərə küçələrində də biz onları görə bilərik. Son dərəcə təhlükəli bir zamandayıq”.
Baş nazir çıxış yolunu dövlətlərin əməkdaşlığını gücləndirməklə konkret addım atılmasında görüb:
“Terrorçuların hərəkətlərini öncədən görmək, qabaqlayıcı tədbirlərin gücləndirilməsi vacibdir. Kəşfiyyat məlumalarına əsasən onların hər addımı izlənilməlidir”.
Baş nazir bu mövzuda ərəb ölkələri ilə əməkdaşlığın gücləndirilməsinin də vacibliyini qeyd edib:
“Vahid təhlükəyə qarşı İngiltərə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İran kimi ölkələrlə əməkdaşlıq etməlidir. Prinsipial siyasəti bir kənara atmaq lazımdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.