Hədəf müəyyənləşdirilir. Komanda verilir və düşmənə atəş açılır.
Görüntülər Müdafiə Nazirliyi Hərbi Hava qüvvələrinin təlimlərindəndir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinin təlimləri plana uyğun olaraq davam edir.
Təlimin ssenarisinə əsasən, hava məkanını pozan şərti düşmən aşkarlanaraq, onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb.
Hava hədəfləri izlənməyə götürülüb və S-300 PMU və S-125 2TM tipli zenit raket komplekslərinin şərti atəş zərbələri ilə şərti düşmən dərhal məhv edilib.
Təlim uçuşlarından sonra nazir Zakir Həsənov tərəfindən ən müasir, NATO standartlarına uyğun qoruyucu dəbilqələr və kombinezonlar döyüş aviasiyasının pilotlarına təqdim olunub.
Sonda isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin adından hər bir pilota əşya normasında nəzərdə tutulmayan, praktiki baxımdan daha səmərəli və rahat dəri gödəkçələr hədiyyə edilib
Hərbi Hava qüvvələrinin təlimləri davam edir (xezerxeber.com).