Ermənilərin yeni Qarabağ yalanı

18-08-2014, 12:35   
Ermənilərin yeni Qarabağ yalanıMüharibə guya Qarabağın xristian əhalisini qorumaq üçün lazımmış
Dağlıq Qarabağdakı müharibə başqalarının torpağını tutmaq üçün yox, xristian erməniləri xilas etmək üçün başlayıb.
Özünü beynəlxalq humanitar təşkilatı adlandıran hansısa "Xristian irsi liqası" qurumu uzun müddət sürən münaqişəyə yeni don geyindirməyə çalışır.

Erməni nəşrlər yazırlar ki, bu, özünü beynəlxalq liqa adlandıran təşkilat bildirir ki, Dağlıq Qarabağda ermənilər tam məhvə məruz qalmışdılar. Yalnız rəsmi İrəvanın müdaxiləsi onları xilas elədi. Ermənistan ordusu tanklarla, toplarla və avtomatlarla erməniləri xilas etdi, təbii ki, müsəlman azərbaycanlıları məhv etməklə. Göründüyü kimi, özünü xristian təşkilatı adlandıran qurum əsas xristian çağırışı olan "öldürmə" barədə bir kəlmə də danışmır.

Yada salaq ki, SSRİ-nin məşhur Yenidənqurma illərində ermənilər səs-küy qaldırdılar ki, Qarabağ bölgəsinin sakinləri güc-bəla ilə yaşayırlar və pis azərbaycanlılar onların hesabına kef eləyirlər.

Mixail Qorbaçev də dərhal bu dağlıq diyara SSRİ Dövlət Plan Komitəsinin sədrinin milliyyətcə erməni olan birinci müavininin rəhbərliyi altında xüsusi komissiya göndərdi.

Bir aydan sonra məlum oldu ki, Dağlıq Qarabağda sakinlərin yaşayış minimumu orta respublika göstəricisindən dəfələrlə yüksəkdir. İqtisadi göstəricilərə gəldikdə isə Dağlıq Qarabağ Azərbaycan üzrə lider mövqedə idi.

Rəsmi İrəvan dərhal yeni mahınalar oxumağa başladı. Sən demə, Qarabağ hələ kələz və dinozavrların vaxtından Ermənistana məxsus olub. Jurnalistlərin "Niyə İrəvanın bu dağlıq diyarla heç bir ümumi sərhədi yoxdur?" sualına isə cavab gəldi ki, "Tarix günahkardır". Tarixin günahı nə idi, açıqlanmıdı. İndi yəqin ki, yarıdan çoxu ermənilərdən ibarət olan, sosial şəbəkələrdə yalnız erməni problemini qabardan bu beynəlxalq liqadan mənəvi, bəlkə də maddi dəstək alan İrəvan artıq başqa mahnılar oxumağa başlayır. Sən demə, onların əsas istəyi erməni xristinaları xilas etmək olub. /pia.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.