Əsgərimiz avtomatdan açılan atəşdən ölüb
Azərbaycanda daha bir əsgər ölümü olub.
APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb.
Əsgər Təhməzli Fərid Aslan oğlu tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.