“Kolin” işçilərini aldadır

19-08-2014, 12:38   
“Kolin” işçilərini aldadırRəhbərbərlik şirkətdə işləyən Azərbaycan vətəndaşlarıyla qul kimi davranır

“Azadlıq”a məktub ünvanlayan Saatlı rayon sakini Məhəmməd Məmmədov və Sabirabad rayon sakini Məmməd Qəhrəmanlı Türkiyənin Azərbaycanda fəaliyyət göstərən “Kolin” şirkətindən şikayət ediblər. Onların sözlərinə görə, “Kolin” şirkəti işlədiyi bölgədə fəhlələr üçün yeməkxana, laboratoriya və qonaq evi quraşdırır.

“Sabirabadda bu işi görəndə Türkiyədən 27 mütəxəssis çağırdılar. Onlar 3 aya yaxın müddətə bu tipli obyektlərdən 11-ni hazırladılar. Hər ay hər birinə 2 min manat maaş verdilər. Sabirabbada işlər yekunlaşandan sonra ”Kolin" şirkəti Masallıda fəaliyyətə başladı. Eyni proses burada olmalı idi. Ancaq Türkiyədən çağırılan mütəxəssislər gecikdiyi üçün bu işi bizə həvalə etdilər. Bu sahədə mütəxəssis yoxdur deyə biz iki nəfər gecə-gündüz çalışdıq. Həm usta, həm də fəhlə yerinə işləyirdik. Hətta elə vaxt olurdu ki, yükləri də özümüz boşaldırdıq. Bir gün Mehmet Şen gəlib bizə bildirdi ki, şirkətin Türkiyədəki rəhbərliyindən iki gün sonra qonaq gələcək, bu iki gündə qonaq evini qurub hazırlamalısız ki, qonaq rahat olsun. Bizi altıncı və bazar günü həm gündüz, həm də gecədən səhərə qədər işlətdi, bu iki günə qonaq evini hazırlayıb təhvil verdik. 25 günə 4-nü qura bildik. Biz işləri gördüyümüz müddətdə, demək olar, hər gün Mehmet Şen və müavinləri gəlib işlərə nəzarət edib bizi tələsdirirdilər ki, tez işləyək. Görülən işləri də çox bəyəndiklərini bildirirdilər. Bizi, demək olar, gecə-gündüz işlədirdilər. Təkcə bu qurduğumuz fermenlərin içindəki döşəmə, tavanın rənglənməsinin kvadratı ən aşağı qiymətlə iki manat idi. Bizə veriləcək pul 7 min manat olmalıydı. Bunun əvəzində bizə 460 manat maaş verdilər. Bununla bağlı şirkət rəhbərliyindən haqqımızı tələb etdik. Lakin bu işlərə rəhbərlik edən Mehmet Şen bildirdi ki, sizə bundan artıq pul verilməyəcək, hara istəyirsiz, şikayət edin. Sonra Türkiyədən çağırılan mütəxəssislər gəldiyi üçün bizimlə işləmədilər. 27 nəfər 3 aya 11 belə qonaq evi qurub hər ay üçün 2 min manat aldıqları halda, biz iki nəfər 4-nü qurmuşduq və əvəzində bu qədər pul aldıq".

Şikayətçilər deyir ki, onların zəhmət haqqı 25 min mantdan çox edir: “Ancaq biz ”Kolin"in rəhbəri Mehmet Şendən adama 5 min manat tələb etdik və bunu da bizə çox gördülər".

Mehmet Şenin müavini Okan bizimlə söhbətində etiraf etdi ki, işçilər işi görüb və onlara pul verilməldir. Bildirdi ki, şirkətin hüquqşünası bu işlə bağlı sizlə əlaqə saxlayacaq.

Şirkətin Nurağa adlı hüquqşünası da Okanın dediklərini təsdiqlədi. Qeyd etdi ki, işçilər həmin işi görüblər, ancaq rəhbərlik onların gördükləri işin haqqının verilməsindən imtina edir, tələb etdikləri 10 min manatın da yalnız 3 min manatını verə bilərlər. Inanın ki, bu türk şirkəti heç Afrikadakı zəncilərə qarşı bu cür rəftar edib haqlarını kəsə bilməz, amma Azərbaycan vətəndaşlarına qarşı bunu edirlər. Görəsən Türkiyə dövlətinin və Türkiyənin Azərbaycandakı səfirinin, “Kolin” şirkətinin rəhbərlərinin və rəhbərlərindən olan Mehmet Şenlərin şirkətdə işlətdikləri Azərbaycan vətəndaşlarını qul sayıb qul kimi rəftar etmələri barədə məlumatları varmı? Bəs görəsən vətəndaşlarımıza qarşı bu cür rəftar etmək cəsarətini “Kolin” şirkətinin rəhbərlərindən olan Məhmet Şenlər hardan alır, Türkiyə dövlətindən, yoxsa Azərbaycan hakimiyyətinin vətəndaşlarımıza olan münasibətindən?

Şikayətçilər şirkətin vermək istədiyi məbləğlə razı deyil və məsələylə bağlı aidiyyəti qurumlara üz tutacaqlarını bildirirlər.

Zaur Ağayev, bölgə müxbiri

P.S. Xatırladaq ki, “Kolin” şirkətinin işçilərin maaşını kəsməsiylə bağlı dəfələrlə redaksiyamıza müraciətlər gəlib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.