Bakıda vəhhabi iki gəncin qanını tökdü

19-08-2014, 13:47   
Bakıda vəhhabi iki gəncin qanını tökdüBakıda vəhhabi bir söz üstündə iki nəfərin qanını axıdıb. Gənclərin “Bismillah” kəlməsi ağızlarında qalıb. “milli.az”ın verdiyi məlumata görə, hadisə dünən saat 21:00 radələrində Qara Qarayev prospektində, metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verib.
Sərnişin avtobusunda 24 yaşlı Hilal Bedjanov və 21 yaşlı Xəyal Bayramovun digər bir sərnişinlə “Bismillah” sözü üstündə mübahisəsi düşüb. Vəhhabi olan saqqallı bir şəxs həmin gənclərə əsəbləşərək avtobusdan düşürüb. Elə küçənin ortasında hər ikisinə bıçaqla zərbə vuraraq qaçıb.
Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.