Qarabağ münaqişəsində Azərbaycana verəcəyi dəstəyin müqabilində İtaliyaya 1 milyon avro vəsait ayrılacağı barədə xəbərlər ölkə mətbuatında gedib. Məlum olduğu kimi, İtaliya və Azərbaycan hökumətlərinin bu məsələ ilə bağlı birgə bəyanatı yayılandan sonra İtaliya XİN ondan imtina etmişdi. İtaliya XİN bildirmişdi ki, o, tərəflərin hər hansı biinə xüsusi fərqli münasibət gösrtərmədən, İtaliyanın da üzv olduğu ATƏT Minsk qrupunun təklifləri çərçivəsində, sülh yolu ilə həll planına dəstək verir.
Amma bu günlərdə İtaliyanın "Un Mondo di Italiani" online qzəeti məlumat verir ki, Azərbaycan hökuməti İtaliyaya arxeoloji qazıntılar üçün söz verdiyi 1 milyon evronun hesabına qazıntı işləri başlanılmışdır. Bu qazıntılar Romanın 1-ci əsrə aid arxeoloji abidələrinin üzə çıxarılması və öyrənilməsinə sərf ediləcək. Sayt eyni zamanda xəbər verir ki, bundan əvvəl də Mehriban Əliyevanın başçı olduğu Heydər Əliyev Fondu Vatikandakı əlyazmaların bərpası üçün maliyyə yardımı edib.
azadliq.info