Bakı Metropoliteni ve Fransanın Thales SA şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə görə fransızlar Bakı metrosunda təhlükəsizlik və hərəkətin idarə edilməsi texnologiyalarını quraşdıracaqlar. İlk növbədə Memar Əcəmi və Həzi Aslanov stansiyalarında avadanlıqlar quraşdırılacaq. Thales SA-dan başqa daha iki fransız şirkəti də Bakı metrosunun müasirləşdirilməsi üçün müqavilə imzalayıb, iş görüləcək. Alstom Transport SA şirkəti ilə müqavilə üzrə yeni vaqonlar alınacaq, Bouygues Travaux Publics şirkəti isə mütronun 28 may stansiyasında rekonstruksiya işləri görəcək. Daha sonra isə Xətai və Həzi Aslanov stansiyaları arasında yaşıl xətt üzrə bir neçə yeni metrostansiya tikilib istifadəyə veriləcək Thales Sa Bakı metropoliten işçilərinə təkmilləşdirmə kursu da təşkil edəcək.