MKİ İŞİD rəhbərini yaxalamaq üçün hərəkətə keçib

19-08-2014, 17:55   
MKİ İŞİD rəhbərini yaxalamaq üçün hərəkətə keçibABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İŞİD terrorçu qruplaşmasının “Xəyalət” ləqəbli Əbubəkr əl-Bağdadi adlı rəhbərini yaxalamaq üçün 100 nəfərlik heyət yaradıb. Türkiyə saytları bu xəbəri Böyük Britaniyanın “Mirror” qəzetinə istinadən yayıblar.

Xəbərə görə, bu, 2011-ci ildə “əl-Qaidə” lideri Üsəma bin-Ladenin öldürüldüyü basqından bu yana ən böyük “insan ovu” heyətidir. Kəşfiyyat qrupu “casus” pilotsuz təyyarələrin məlumatları, video-görüntülər, İraq və Suriyadakı mobil telefon zəngləri əsasında hərəkət edir.

Qəzetə açıqlama verən mənbə qeyd edib ki, Ə.Bağdadinin adamları küncə sıxışdırılıb, bununla bağlı mobil telefonlardan istifadə etməyə məcbur olacaqlar ki, bu da onların ən zəif nöqtəsidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.