Hacıbala Abutalıbovla Hüseynqulu Bağırov üz-üzə

21-08-2014, 13:18   
Hacıbala Abutalıbovla Hüseynqulu Bağırov üz-üzə«Ağac soyqırımı» meriya ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında qalmaqala səbəb olub

Nəsimi rayonunda ağac soyqırımı Bakı Şəhər Icra Hakimiyyətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyini üz-üzə qoyub. Söhbət Nəsimi rayonun 20 yanvar küçəsində ağacların kəsilməsindən gedir. Qeyd edək ki, bu olay mediada işıqlandırılandan sonra Heydər Əliyev Fondu məsələyə müdaxilə edib və ağacların kəsilməsi prosesi dayandırılıb.

Bundan dərhal sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyini bu məsələyə görə 40 min manat məbləğində cərimə edilib. Bundan başqa ərazidəki digər ağaclar ETSN-in aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Tətbiq edilmiş cərimənin ödətdirilməsi üçün müvafiq tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu “operativliyi” məsələyə Heydər Əliyev Fondunun müdaxiləsi ilə izah olunur. Bəzi mülahizələrə görə, nazir Hüseynqulu Bağırov baş verənlərə görə, cəzalandıralacağından ehtiyat edib. Ona görə də məsuliyyəti üzərindən atmaq üçün dərhal Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyini cərimələyib.

Meriya isə məsuliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə atır. Bakı şəhər Nəsimi Rayon Icra Hakimiyyətinin informasiya şöbəsinin müdiri Ramin Xəlilov modern.az-a deyib: “Nəsimi rayonu ərazisində qurumuş ağacların budanılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza Idarəsi tərəfindən verilmiş rəyə əsasən həyata keçirilib”. Onun sözlərinə görə, bu informasiya Bakı Şəhər Icra Hakimiyyətinə Yaşıllaşdırma Idarəsindən verilib. G20 Yanvar küçəsi, 22B saylı ünvanda 3 ədəd yararsız və qurumuş ağaclar köçürülüb, habelə ağacların budanılması və abadlıq işləri aparılıb", - deyə R. Xəlilov bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.