YAP-çı deputat Leyla Yunusun həbsini istintaqdan yayınmaqla əlaqələndirdi
Vidadi Mirkamal: «Həbsin siyasi sifariş olduğu açıq-aydındır»
Məhkəmə qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilmiş Sülh və Demokrtiya inistutunun rəhbəri Leyla Yunus barədə cəmiyyətdə müzakirələr davam etməkdədir. Bir sıra beynəlxalq təşkilatlar yekun məhkəmə qərarı olmadan Leyla Yunusun istintaqa cəlb olunmasını qanunsuzluq adlandırıb.
Avropa.info-ya açıqlama verən YAP-çı deputat Siyavuş Novruzov isə beynəlxalqÿqurumların bu addımınıÿistintaqa təsir etmək cəhdi adlandırıb:ÿ"Mən bunu istintaqın gedişinə təsir kimi qiymətləndirirəm. Bildiyimiz kimi, Leyla Yunus bir neçə dəfə istintaqa çağırılıb, lakin o, bu çağırışların heç birinə məhəl qoymayaraq istintaqdan yayınıb. Leyla Yunus istintaqdan dəfələrlə yayındığına görə saxlanılıb".
Deputatın sözlərinə görə, beynəlxalq təşkilatlar ayrıseçkiliklə məşğuldur: “Qanun hamı üçün eynidir, hamı qanun qarşısında bərabərdi. Hər hansısa təşkilat və qurumun nə deməsindan aslı olmayaraq, qanunu pozan şəxs hüquq - mühafizə orqanları və qanun qarşısında cavab verməlidir”.
Məsələ barədə “Azadlıq”a açıqlamasında tanınmış hüquqçu Vidadi Mirkamal qeyd edir ki, şəxsin azadlıqda qalması istintaqın gedişinə mane olursa, yaxud o, istintaqdan yayınırsa, belə olan halda haqqında həbs qətimkan tədbirinin seçilməsi qanunda nəzərdə tutulub. Lakin Leyla Yunus kifayət qədər tanınmış şəxsdir və ölkəni tərk etmək fikri olmayıb:
“Sadəcə olaraq Leyla xanım pasportunun geri qaytarılması şərtini irəli sürmüşdü və burda da qeyri-qanuni heç nə yoxdur. Onun pasportu qanunsuz olaraq mənimsənilmişdi. Dövlət orqanları pasportu geri qaytarmalıydı. Amma bu məsələni qəsdən yubatdılar və istintaqa gəlməmək adıyla həbs qətimkan tədbiri seçdilər. Bütün bu hadisələr və L.Yunusun həbsi sifarişli olaraq hazırlanan prosesdir. Həbsin siyasi sifariş olduğu aydındır və istintaq orqanları da bunu görünən formada həyata keçirdi”.