İŞID-in mətbat mərkəzinin rəhbəri Əbu Musanın ölüm xəbəri yayıldı

22-08-2014, 16:24   
İŞID-in mətbat mərkəzinin rəhbəri Əbu Musanın ölüm xəbəri yayıldı“The Independent” qəzetinin xəbərində deyilir ki, "İslam Dövlətinin (İŞİD) mətbuat ofisi"nin rəhbəri Əbu Musa Suriyada bu ölkənin silahlı qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar zamanı öldürülüb.

Müstəqil mənbələr tərəfindən təsdiq olunmamış bu məlumat “Twitter”də hazırda dövr etməkdə olan xəbərə əsaslanır. Xəbərin bu gün səhər yayıldığı bildirilir.

Xatırladaq ki, Əbu Musanın “Qorxaq olmayın, bizə pilotsuz uçaqlarla hücum etməyin. Üstümüzə əsgərlərinizi göndərin. Bir dəfə Allahın iradəsi ilə biz sizləri İraqda alçaltmışdıq. Biz Allahın bayrağını Ağ Evin üstündən asacağıq”, - dediyi Qərb mediasında dəfələrlə vurğulanmışdı.

“Twitter”də İŞİD tərəfdarının yaydığı statusda isə deyilir: “Qardaşımız Əbu Musa döyüşlər zamanı şəhid oldu”.

Bu statusdan bəlli olur ki, o, Suriya Ərəb Ordusi tərəfindən Taqbadakı Raqqa hərbi hava bazasında öldürülüb.

Mətbuat katibi kimi o, tez-tez üzə çıxmalı olurdu. Ona görə də onun xeyli videomüraciətləri mövcuddur.

Həmin müraciətlərin birində o, deyib: “Mən əminliklə bildirirəm ki, Amerikada İslam Xilafəti qurulacaq və bizi heç nə dayandıra bilməz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.