Rusiyada "Mc Donalds" filialları bağlanır

24-08-2014, 13:11   
Rusiyada "Mc Donalds" filialları bağlanırRusiyada "Mc Donalds" restoranlar şəbəkəısinə qarşı kompaniya başlayıb. Lent.az-ın məlumatına görə, Moskvada retoranın ilk filialının yerləşdiyi Puşkin Meydanında bir qrup şəxs ABŞ əleyhinə şüarlar səsləndirərək bu restoranlar şəbəkəsini protesto ediblər.

Anspress-in məlumatına görə, Rusiya hökuməti bu etirazlardan sonra ölkədəki bütün "Mc Donalds" restoranlarının bağlanmasına qərar verib. Rusiya İstehlak Bazarına Nəzarət Xidməti (Rospotrebnadzor) ilk olarak "Mc Donalds"-ın Moskovadakı 4 filialını müvəqqəti olaraq bağlayıb. Bu filiallarda aparılan yoxlamalarda qidalardakı enerji dəyərinin bəyan edilənlə eyni olmadığı üzə çıxıb. Paytaxt Moskvadakı 111 "Mc Donalds” restoranında yoxlamalar aparılıb və ortaya çıxan bu təsbitdən sonra Rusiyadakı bütün "Mc Donalds" restoranlarının bağlanmasına qərar verilib.

Qeyd edək ki, Rusiya ərazisində 435 "Mc Donalds” restoranı fəaliyyət göstərir. Onlardan 115-i paytaxt Moskvadadır. Bu restoranlarda 12 min nəfər çalışır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.