Bakıda qadının külli miqdarda qızılını oğurlayıblar. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu Həsən Əliyev küçəsi 105, mənzil 21-də yaşayan 1967-ci il təvəllüdlü Həsənova Sənəm İsgəndər qızı polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər onun evinə soxulub. Qadın qeyd edib ki,evdə olmadığı müddətdə açar seçmə yolu ilə mənzildən 30 min manat dəyərində qızıl-zinət əşyaları və bir neçə digər qiymətli əşya oğurlanıb.
Hazırda faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.