Yasamalda hər an faciə törədə biləcək işıqfor…

24-08-2014, 16:39   
Yasamalda hər an faciə törədə biləcək işıqfor…Yasamal rayon sakinləri redaksiyamıza şikayətlə müraciət ediblər.

Sakinlər öz şikayətlərində bildiriblər ki, bir neçə gün öncə baş vermiş yolqəzası nəticəsində aşan işıqfor hələ də təmir edilməyib.

Ona görə də, həmin işıqfor sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Çünki hələ də işlək vəziyyətdədir.

Qəza avqustun 22-də Zahid Xəlilov və Akim Abbasov küçələrinin kəsişməsində baş verib.

Sakinlərin sözlərinə görə, qəzanın baş verməsindən 2 gün keçməsinə baxmayaraq, hələ də, heç kim işıqforu təmir etmək üçün gəlməyib: “Qəzanın üstündən iki gün keçib. Hələ də baxan yoxdur. Maşınla vurub, işıqforu səkinin üstünə aşırıblar. Üstəlik, hələ də işlək vəziyyətdədir. Ola bilməz ki, xəbərsiz qalsınlar. Çünki tam yaxınlıqda müçahidə kamerası var. Başqa vaxt olsa, xırda bir yol hərəkəti pozuntusu edən sürücünü kamera ilə təsbit edib, cərimə yazırlar. İndi nə oldu, bəs..?”

“Aidiyyatı qurumları öz vəzifələrini icra etməyə çağırırıq”
Sakinlər deyir ki, işıqfor bu vəziyyətdə qalmaqda davam edərsə, faciə baş verə bilər: “İşıqforun belə qalması çox təhlükəlidir. Biz böyüklər yenə uzaq dayana bilərik. Amma balaca uşaqlar üçün bu, keçərli deyil. Birinin əli və ya ayağı o açıq naqillərə dəysə, faciə baş verəcək. Bundan sonra heç kəs buna görə cavab verə bilməyəcək. Gərək, nəsə xoşagəlməz bir hadisə baş versin, sonra gəlib, düzəltsinlər? Aidiyyatı qurumları öz vəzifələrini icra etməyə çağırırıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.