Qobustanda 6 dustaq özünü doğradı

25-08-2014, 14:10   
Qobustanda 6 dustaq özünü doğradıQobustan həbsxanasında 6 nəfər intihar məqsədilə özünü doğrayıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, həbsxananın yeni rəisinin sərt davranışlarına etiraz edənlər əsasən qarın və qol nahiyələrini kəsici alətlərlə kəsib və doğrayıblar. Onlardan birinin vəziyyətinin ağır olduğun bildirilir. Özlərinə qəsd edənlərdən yalnız ikisinin adı məlumdur. Bunlar Mirzə Əliyev və Şahin Məlikovdur.

Qeyd edək ki, Qobustan həbsxanasının rəisi keçən ay dəyişdirilib. Məhbus yaxınlarının bildirdiyinə görə, yeni rəis Rövşən Niyazov məhbuslarla sərt şəkildə davrannır. Onun hətta məhbusların üstünə tez-tez itləri qısqırtdığı da deyilir.

R. Niyazov bundan əvvəl 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində işləyib.

Məsələ ilə bağlı “Qafqazinfo” Penitensiar Xidmətin Mətbuat Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən bildiriblər ki, onlara belə bir məlumat daxil olmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.