Erməni politoloq üç günlük savaşın səbəbkarından danışdı

25-08-2014, 14:28   
Erməni politoloq üç günlük savaşın səbəbkarından danışdı“Rusiya Cənubi Qafqazda müharibənin başladılmasının tərəfdarıdır”.
Axar.az rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə erməni analitiki Aykazn Qaqriyan çıxış edib.
O, Moskvanın Qafqazda siyasi monopoliya yaratmağa çalışacağını deyib:
“Bu onun cənub istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunması üçün yeganə imkandır. Moskva gizlətmir ki, avqustun əvvəlindəki “üçgünlük müharibə”ni özü başladıb. Kremlə yaxın ekspertlər isə bunu Rusiyanın Avropaya regionun sahibinin kim olduğunu göstərmək üçün etdiyini bildirib. Rusiya Cənubi Qafqazda siyasi monopoliya qurmağa çalışır. Bu o deməkdir ki, ABŞ və İran belə addımın atılmasına imkan verməyəcək. Bunun üçün isə hər iki ölkə İrəvan üçün mühüm manevr imkanları açırlar. Şübhəsiz ki, Rusiya öz planlarından geri çəkilməyəcək, özünün siyasi məqsədlərini həyata keçirəcək. Başqa bir yanda da silahlarının marketinqini aparacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.