Satılmayan avtomobillər hara yoxa çıxır?

26-08-2014, 10:20   
Satılmayan avtomobillər hara yoxa çıxır?Heç bir halda avtomobil məhv edilmir, zavoda qaytarılmır, yaxud hissələrə bölünərək satılmır

Bəzi avtomobillər böyük endirimlə əməkdaşlar arasında bölüşdürülür

Satılmayan məhsulların hara yoxa çıxması sualı hər kəsi maraqlandıra bilər. Ərzaqların sonrakı taleyi bəllidir. Bəs istifadə müddəti olmayan məhsullar hansı aqibətlə üzləşir?

Istər maliyyə böhranı, istərsə də sanksiyalar olsun, avtomobil istehsalçıları hər zaman təkrar istehsal təhlükəsi ilə üz-üzədir. Marketinq vasitələri lazımı istehsal səviyyələrini dəqiq hesablamağa imkan verir. Ancaq gözlənilməz hadisələrdən heç kim sığortalanmayıb. Ona görə də anbarlarda bəzən xeyli sayda satılmayan avtomobilər yığılıb qalır. O zaman ya zavod öz fəaliyyətini dayandırır, ya da başqa modellərin istehsalına başlayır. Ancaq hər bir halda satılmamış avtomobillərin qalması müəssisəyə ziyan gətirir.

Müştərilər arasında populyar olmayan modellər avtomobil istehsalçılarının anbarlarında və avtosalonlarda yığılıb qalır. Məlum olduğu kimi, avtomobil satışı ilə məşğul olanlar müştərilər növbədə gözləməsin deyə populyar modellərdən yüzlərlə alır. Böhran vaxtı alıcılar öz niyyətlərindən imtina edir, satılmamış nəqliyyat vasitələri isə anbarlarda yığılıb qalır. Əgər bu avtomobillərin nüfuzu sürətlə düşürsə, istehsalçılar və dilerlər müxtəlif endirim və təkliflər kampaniyasına əl atır. Avtomobil sahibini tapana qədər hətta bir il gözləyə bilər. Hətta dörd il anbara qalandan sonra avtomobilin yarı qiymətə satılması halları da məlumdur. Ancaq bəzən illərlə satılmayan heç bir avtomobil sıradan çıxarılmır. Bunun da səbəbi var.

Bəzi sadəlövh insanlar hesab edir ki, avtomobilin istehsal prosesi oyuncaq hazırlamaq qədər asan işdir. Hətta elələri var ki, avtosalona sifariş verəndən sonra arzuladığı avtomobilin bir neçə günə yığıldığını da düşünür. Lakin bu belə deyil.

Avtomobil istehsalçıları avtomobilin sifarişi ilə onun müştəriyə çatdırılması arasında müəyyən vaxtı gözləməyə çalışır. Bu müddət təxminən iki ay çəkir. Bu yolla istehsalçı təkrar istehsaldan özünü maksimum sığortalamağa çalışır. Əgər dilerin, yaxud avtomobil istehsalçısının marketinq şöbəsinə (burada ikili nəzarət olur) satışda durğunluğun yaranması ilə bağlı gözlənilməz məlumat daxil olursa, bu vaxt bir neçə həftə, hətta aya qədər uzan bilər. Ancaq sonradan hər şey qaydasına düüşür. Hətta Rusiyanın “AvtoVAZ” şirkəti əvvəlcədən sifarişlərin qəbul olunması sisteminə keçib. Bu o demək deyil ki, həmişə sifarişləri müştərilər edəcək. Onlar əvvəlki kimi avtosalonda satışda olan avtomobilləri seçəcək, dilerlər isə qarşıdakı aylar üçün nə qədər avtomobil sifariş etməli olduqlarını müəyyənləşdirəcək.

Bir çoxları hesab edir ki, avtomobili üç illik, yəni zəmanət müddəti bitənə qədər alır, daha sonra isə yenisi ilə əvəzləyir. Yəni əksəriyyəti avtomobillərini tez-tez dəyişir. Məsələn, 1969-cu ildə Qərb ölkələrində istifadədə olan avtomobillərin orta yaşı 5,1 il idi. 2013-cü ilin statistikasına görə, hazırda bu göstərici 11,4 ilə qədər artıb. Belə nəticəyə gəlmək olur ki, əksər sürücülər köhnə maşınları idarə edir. Bunu ölkələrin bir çoxuna aid etmək olur. Əgər əvvəllər bir ailə bir avtomobilə sahib olurdusa, indi kredit hesabına ailənin hər üzvü avtomobil ala bilər.

Ancaq yenə də satışda müəyyən dərəcədə yalana yol verilir. Avtomobil istehsalçılarında “Yellow Stock” (sarı əmtəə-istehsal ehtiyatı) deyilən bir anlayış var. Bunlar uzun müddət sahibini tapa bilməyən avtomobillərdir. Diler və avtomobil istehsalçıları böyük endirimlər vəd edir və demək olar (99 faiz), satıcı tapılır. Qalan bir faiz “Yellow Stock” adlandırılır. Bu “sarı problemi” həll etmək üçün dilerdə müxtəlif həll yolları var. Bəziləri avtomobili trade-in sistemi vasitəsilə satır. Bunu mühasibat hesabatı süründürməçiliyindən qaçmaq üçün edirlər. Bəzi avtomobillər daha böyük endirimlə əməkdaşlar arasında bölüşdürülür. Ancaq heç bir halda avtomobilin məhv edilməsi, zavoda qaytarılması, yaxud hissələrə bölünərək satılmasından söhbət belə gedə bilməz. Bəzi şirkətlərdə “Yellow Stock” 30 faizə çatır. Bir müddətdən sonra bu avtomobillər sahiblərini tapır və rəsmən satılan avtomobillərin statistikasına daxil edilir. Çünki avtomobil ən çox tələbat olan mallardan biridir və o, istehsalçısını itkiyə məruz qoymur.

azadlıq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar