"Qasid"in qarşısında növbəti aksiya

27-08-2014, 13:21   
"Azadlıq" qəzetinin kollektivi "Qasid" firmasından borcunu tələb etmək üçün firmanın qarşısında növbəti dəfə piket keçirib. Lakin qəzet rəhbərliyi tələbi çatdırmaq üçün qarşı tərəflə görüşə bilməyib. "Qasid"in rəhbərliyindən kollektivin qarşısına heç kim çıxmayıb. Firmanın qapısını isə ümumiyyətlə, açan olmayıb.

Piket barədə az sonra ətraflı məlumat veriləcək.

***

“Azadlıq” qəzetinin kollektivi avqustun 27-i saat 12:00-da “Qasid” firmasının qarşısında növbəti dəfə etiraz aksiyası keçirəcək. Aksiyaya səbəb firmanın qəzetə olan borcunu ödəməkdən israrla imtina etməsidir.
Firma rəhbərliyi “Azadlıq” qəzetinə olan borcunu ən azı hissə-hissə ödəyəcəyinə bir neçə dəfə söz versə də, sözünün üstündə ya ümumiyyətlə durmayıb, ya da az bir məbləğ ödəməklə işini bitmiş sayıb. Firmanın qəzetə olan borcu artıq 80 min manata yaxınlaşır.
Qəzet isə vaxtlı-vaxtında çap və kommunal xərcləri ödəməlidir. Bu vəsaiti yığıb vermək üçün işçilər aylardır ki, maaşsız işləyirlər. Bütün bunlar dəfələrlə “Qasid” rəhbərliyinin, eləcə də onun deputat direktoru Mirkazım Kazımovun diqqətinə çatdırılsa da, ortada heç bir nəticə yoxdur.
Qəzet rəhbərliyi bildirir ki, firma öz borcunu ödəməyincə onun kollektiv onun qarşısında mütəmadi aksiyalar keçirəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.