AST Telman prezidentlə mübarizəyə başladı

27-08-2014, 13:55   
AST Telman prezidentlə mübarizəyə başladıAzərbaycanlı milyarder Telman İsmayılov Ukraynanın Odessa şəhərində böyük bir bazar alır.

Axar.az-ın yerli telekanallara istinadən verdiyi məlumata görə, "7-ci kilometr" adlanan bu bazarın alğı-satqısı artıq başa çatmaq üzrədir.

Adıgedən bazar Kiprin offşor zonasında qeydiyyatdan keçmiş "Kittep Limited" şirkətinə məxsusdur. Amma ukraynalı jurnalistlərin araşdırmasından sonra məlum olub ki, “Kittep Limited” şirkətinin gerçək sahibi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ailəsidir. Offşor zonada qeydiyyatdan keçmiş bu şirkətə məxsus onlarla obyekt isə indi satışa çıxarılıb.
“7-ci kilometr”ə görə Telman İsmayılovun 600 milyon dollarından keçməyə hazır olduğu deyilir. Ukraynanın ən böyük əşya bazarı sayılan “7-ci kilometr”in təkcə tutduğu sahə 210 hektardır.
İndi proses alğı-satqı mərhələsindədir. Bazarın gerçək sahibi Yanukoviçlər isə qanuni mülklərinin satışa çıxarılmasına qarşı beynəlxalq məhkəməyə müraciət hazırlayırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.