BMT Ukraynada olan son durumla bağlı hesabat yayıb.
Avropa.info xəbər verir ki, qurumun bildirdiyinə görə, Ukraynanın şərqində fəaliyyət göstərən Rusiya meyilli qanunsuz hərbi qruruplaşmalar burada olan insanlara qarşı işgəncə verərək, çox sayda günahsız insanın ölümünə səbəb olub.
BMT şərqi Ukraynada çoxlu sayda dinc sakinin, günahsız insanın ölmü ilə bağlı dərin narahatlıq keçirdiyini bildirib. Aprel ayından bu günə kimi ərazidə rəsmi olaraq həlak olanların sayı 2200 nəfərə çatıb.
Separatçıların əlində hazırda çoxlu sayda dinc sakin və Ukraynalı hərbiçilər var. Onlar bu girovlarla kobud formada rəftar edərək, o şəxsləri işgəncələr verərək, qətlə yetirirlər.