İddia olunur ki, Subatay Quluzadəni qonşusu vasitəsilə şərləyiblər
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Müsavat Partiyasının Göygöl Rayon Təşkilatının sədri Subatay Quluzadə həbs edilib. Təşkilat sədrindən bir müddət xəbər tutmaq mümkün olmayıb.
Axşam saatlarında aldığımız son xəbərə görə, Subatay Quluzadə Göygöl Rayon Məhkəməsinin qərarı ilə 100 manat cərimə olunaraq, buraxılıb. Hazırda o, polis şöbəsindədir. Bir azdan evinə buraxılacaq. Bu barədə musavat.com-a Müsavatın Gəncə Şəhər Təşkilatının sədri Cahangir Əmirxanlı məlumat verib: “Neçə müddət biz də Subatay bəydən xəbər tuta bilmədik. İndi ailəsi ilə əlaqə saxladım. Hazırda polis şöbəsində olsa da, bir azdan azad olunacaq. Çünki artıq 100 manat cərimə olunması dəqiqləşib. Onu qonşusu vasitəsilə şərləyiblər. Tam dolğun məlumat yoxdur. Yalnız bunu bilirəm. Azad olunduqdan sonra hadisənin əsl mahiyyəti bizə bəlli olacaq”.