Hər cümə günü baş kəsirlər

28-08-2014, 11:45   
Hər cümə günü baş kəsirlərBirləşmiş Millətlər Təşkilatı (BMT) Suriyadakı vətəndaş müharibəsinin dəhşətləri ilə bağlı hazırladığı hesabatı açıqlayıb.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, BMT-nin Cenevrə ofisindən yayımlanan 45 səhifəlik hesabatda İŞİD terror təşkilatının fəaliyyətinə də toxunulub.
Qeyd olunur ki, İŞİD ictimai yerlərdə öldürmə, qamçılama kimi üsullardan istifadə edərək qorxu kampaniyası aparır. BMT müfəttişləri Suriyada həm rəsmi Dəməşq hökumətinin, həm də İŞİD-in müharibə cinayətləri törətdiyini bildirib.
BMT Dəməşq hökumətinin də mülki şəxslərə qarşı kimyəvi silahdan istifadə etdiyini bildirir.
Suriyanın şimalı və şimal-şərqi hazırda İŞİD-in nəzarətindədir. Hesabata görə hər cümə günü terror təşkilatının nəzarətində olduğu şəhərlərin mərkəzi meydanlarında edam, orqan kəsmək və qamçılanmaq cəzaları tətbiq edilir, uşaqlar da daxil olmaqla mülki əhali “cəza səhnəsi”nə baxmağa məcbur edilir. Hesabatda öldürülən insanların cəsədlərinin günlərlə meydanlarda sərgiləndiyi və qadınların İŞİD-in geyim qaydalarına əməl etmədiyi üçün qamçılandığı qeyd olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.