Obama hücumların sayını artıracaq

28-08-2014, 12:36   
Obama hücumların sayını artıracaqPentaqon rəsmiləri bildiriblər ki, prezident Barak Obamanın AB dövlətlərinin dəstəyi ilə İraqdakı “İslam Dövləti” yaraqlılarına qarşı hava hücumlarını artırılmasına aid göstəriş verməsi gözlənilir.

ANS PRESS-in məlumatına görə, keçən həftə BMT artıq İraq və Suriyada böyük ərazilərə nəzarət edən terrorçuların əlinə keçə biləcəyi güman olunan Amerli şəhərində qan axmasına son verilməsi üçün hərəkətə keçməyə çağırış edib.

Qeyd edək ki, Amerli şəhərinin əsas əhalisi “İŞİD” təşkilatının əqidəsinə əsasən “dindən dönmüş” hesab etdiyi türkmən-şiələrdir.

Bu arada ABŞ höküməti “İslam Dövləti” yaraqlılarının hücumlarına məruz qalan, şimali İraqda olan türkmən-şiələrə kömək etmək niyyətindədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.