300 insanı əli ilə öldürmüş şəxs azadlıqda

28-08-2014, 12:49   
300 insanı əli ilə öldürmüş şəxs azadlıqdaYüzlərlə insanın qətlinə görə cavabdeh olduğunu etiraf etmiş Kolumbiya narkobaronu Pablo Eskobarına muzdlu qatili azadlığa buraxılıb. Popay ləqəbi ilə tanınan Con Cayro Velasqes, qurbanların ailələrinin etirazlarına rəğmən gücləndirilmiş polis müşayəti ilə şərti azad edilib.

O 1990-cı ildə keçmiş prezidentliyə namizəd Luis Karlos Qalana qarşı suiqəsd təşkil etdiyinə görə 22 il dəmirbarmaqlıqlar arxasında keçirib. Velasqes mətbuata verdiyi son müsahibələrindən birində 300 nəfərə yaxın insanı, o cümlədən öz həyat yoldaşını öz əlləri ilə ödürməsi ilə lovğalanıb. O həmçinin daha 3 min sifarişli qətlin planını cızıb. Buna rəğmən yalnız prezidentliyə namizədin qətlinə görə mühakimə olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.