Ötən gün hakim Ədalət və İnkişaf Partiyasının 1-ci fövqəladə qurultayında Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, çıxışdan sonra Ərdoğana xüsusi bir hədiyyə verilib.
Məlumata görə bu, Dənizli şəhərində nəqqaş-usta tərəfindən hazırlanan, ətrafında ərəbcə Fatiha surəsinin yazıldığı prezidentlik gerbi olub.
Xüsusi gerbin dizaynının millət vəkili Nurcan Dalbudak tərəfindən hazırlandığı bildirilsə də gerbi hazırlayan nəqqaş barədə məlumat verilməyib.