Cümə günü Xətai Rayon Məhkəməsində Bəxtiyar Məmmədovun sədrliyi ilə 17 yaşlı Əli Gülalıyevin (hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu) işi üzrə hazırlıq iclası keçirilib. Ə. Gülalıyev xuliqanlıqda ittiham olunur. O 2013-cü sentyabrın 20-də NZS qəsəbəsində təhsil aldığı 165 saylı məktəbdə davada iştirakda ittiham olunur.
Bu məktəbin şagirdi Bayram Sultanlı iş üzrə zərərçəkən kimi keçir.Lakin nə o, nə də onun nümayəndəsi hazırlıq iclasına gəlməyiblər. Bu barədə Turan-a O.Gülalıyev bildirib.
“Bu cinayət işi saxtalaşdırılıb. Məqsəd sentyabrın 23-də Əliyə hücumdan və ona bıçaq xəsarətinin yetirilməsindən diqqəti yayındırmaqdır. Bu işi araşdırmaq əvəzinə 11 aydan sonra mənim oğluma qarşı ittiham irəli sürülüb”, - O.Gülalıyev bildirib.
O diqqəti ona yönəldib ki, xuliqanlıq barədə istintaqı rayon polisi deyil, Bakı şəhər cinayət-axtarış polisi aparır.O.Gülalıyevin sözlərinə görə, iş üzrə yeganə istintaq materialı kimi məktəbdə müşahidə kamerasındakı qeydlər göstərilib ki, bu kadrlarda da ümumiyyətlə dava faktı yoxdur.
Videoda bir qrup şagirdin bir yerə toplandığı görünür. Kadrlarda Əli görünmür. İlkin araşdırmanı aparan Xətai polisinin müstəntiqi videoda Əlinin iştirak etmədiyini qeydə alıb. O.Gülalıyev və demokratik ictimaiyyətin nümayəndələri əmindir ki, Ə.Gülalıyevə hücum onun atasının Milli Şutranın prezidentliyə namizədi Cəmil Həsənlinin mətbuat katibi olması ilə bağlıdır.
Zəzərçəkən və müttəhimin vəkili gəlmədiyindən hazırlıq iclası sentyabrın 9-na keçirilib. Məhkəmədə Milli Şuranın rəhbəri Cəmil Həsənli, Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mirmahmud Mirəlioğlu, Milli Şuranın digər üzvləri, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.