Azərbaycan erməni hərbi əsiri üçüncü ölkəyə təhvil verdi

29-08-2014, 16:22   
Azərbaycan erməni hərbi əsiri üçüncü ölkəyə təhvil verdiAzərbaycanda saxlanılan erməni hərbi əsir Akop İnciqulyan üçüncü ölkəyə təhvil verilib. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun əsgəri Akop İnciqulyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə üçüncü ölkəyə təhvil verilib.

Bu haqda A.İnciqulyanın qardaşı bildirib. Onun dediyinə görə, əsirin üçüncü ölkəyə təhvil verildiyi haqda ailəni avqustun 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisi məlumatlandırıb.

A.İnciqulyan 2013-cü il, avqustun 8-də təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub. O, əsgər yoldaşları və zabitlər tərəfindən döyüldüyü üçün könüllü əsir düşdüyünü bildirib. A.İnciqulyan Ermənistana geri qayıtmaq istəmir və üçüncü ölkəyə təhvil verilməsini tələb edirdi.

Bu günlərdə Ermənistan tərəfi bildirmişdi ki, A.İnciqulyanın üçüncü ölkəyə təhvil verilməsinə qarşı deyil, lakin hələlik əsiri qəbul etmək istəyən ölkə yoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.