Suriyaya gedən güləşçimizdən son xəbər

31-08-2014, 12:11   
Suriyaya gedən güləşçimizdən son xəbərİsmayıllı rayonundan Suriyaya döyüşməyə gedən 5 nəfər barəsində yeni məlumatlar var.
Axar.az xəbər verir ki, jurnalist Elçin İsmayıllı Feysbuk səhifəsində bir neçə gün əvvəl xəbər portallarında Suriyaya gedən rayon sakinləri haqda yayılan xəbərlərə dəqiqləşdirmələr edib.
Məlum olub ki, Əsəd rejiminə qarşı vuruşmağa gedənlərdən biri - güləş üzrə respublika çempionu Rəşad Baxşəliyev yazıldığı kimi rayon idman olimpiya mərkəzində deyil, İsmayıllı Xankəndi tam orta məktəbində idman müəllimi işləyir. Jurnalist qeyd edib ki, bu faktı məktəbin direktoru Rauf Adıgözəlov da təsdiqləyib. Məktəb direktoru deyib ki, Baxşəliyev 2 ildən çox idi məktəbdə işləyirdi: “O, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Çox məsuliyyətli müəllim idi. Bütün tədbirlərdə iştirak edirdi. Onun bu addımına üzülürük”.
Xatırladaq ki, 3 sələfi mücahid həyat yoldaşı və uşaqları ilə birlikdə Suriyadakı döyüşlərdə iştirak etmək üçün gediblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.