Suriyaya gedən güləşçinin anası: “Prezidentə hər şeyi deyəcəyəm...”

1-09-2014, 12:20   
Suriyaya gedən güləşçinin anası: “Prezidentə hər şeyi deyəcəyəm...”Suriyaya gedən güləşçi Rəşad Baxşəliyevin anası prezident İlham Əliyevdən kömək istəyir.

Bu barədə azvision.az idmançının anası Mirvari Baxşəliyeva məlumat verib.

Neçə gündür oğlundan xəbərsiz olduğunu deyən M.Baxşəliyeva rəsmi qurumlardan, ölkə rəhbərliyindən kömək istəyib: “Neçə gündür oğlumdan bir xəbər yoxdur. Ürəyim partlayır. Bilmirəm nə edim. Xahiş edirəm mənə kömək edin. Oğlumun heç olmasa səsini eşitmək, sağ olduğunu bilmək istəyirəm”.

M.Baxşəliyeva bir daha oğlunun Suriyaya imkansızlıqdan getdiyini deyib: “Mənim uşağım fikirdən, dərdən düşdü bu günə. Dolana bilmədi, aclıqdan başın götürüb getdi, göz yaşı içində getdi. Nə qədər anası ona əl tutmalıdır? İndi də şayiə çıxarıblar ki, onlarla gedən uşaqlardan biri ölüb. Səhərdən ürəyimdə uçuna-uçuna qalmışam. Pis vəziyyətdəyəm, şayiələr bizi öldürüb. Ölürəm mən”.

M.Baxşəliyanın sözlərinə görə, oğlu ilə 10 gündən sonra telefon əlaqəsi saxlayacaq: “Prezidentə müraciət edəcəyəm. Uşağımın səsini eşidim, vəziyyəti necədir, ondan sonra Prezidentə hər şeyi deyəcəyəm, yazacağam. Mənə dedilər ki, 10 gündən sonra uşağın sənə cavab verəcək. Mən oğlumla danışmalıyam ki, bala bu nə hadisədir sənin başına gəlir, bu nə haqq-hesabdır”.

M.Baxşəliyeva yaxın vaxtlarda oğluna görə Prezident Administrasına gələcəyini bildirib.

Qeyd edək ki, dəfələrlə respublika çempionatlarında yüksək nəticələr əldə edən peşəkar güləşçi Rəşad Baxşəliyev Suriyaya ailəsi ilə birgə gedib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.