Ana əkizlərini xəstəxanada atdı: 79 yaşlı ata isə şok açıqlama verdi
Masallıda tükürpədici hadisə baş verib. Ana yenicə dünyaya gətirdiyi əkiz uşaqlarından imtina edib.
APA TV xəbər verir ki, hadisə rayonun Boradigah qəsəbəsində, sahə xəstəxanasında qeydə alınıb. Masallının Şatıroba kənd sakini, 33 yaşlı Şahnaz Həsən qızı Nəzərova əri, 79 yaşlı Əliniyaz Əşrəf oğlu Nəzərovla nikahından əkiz – qız və oğlan uşağı dünyaya gətirib. Amma doğuşdan cəmi bir neçə saat sonra ana qəribə hərəkət edib. O, övladlarını doğum şöbəsində qoyaraq, sakitcə evinə qayıdıb.
79 yaşlı Əliniyaz Nəzərov 3 dəfə evlilik həyatı yaşayıb. Şahnaz Nəzərova ilə izdivacdan hazırda 3 övladı – 2 oğlu, 1 qızı var. Əkizlərdən imtina etməsinə isə ər və arvad dolanışıqlarının ağır keçməsini səbəb gətirib.
Aidiyyəti qurumların müdaxiləsi ilə hər iki körpə Bakıdakı uşaq evlərinin birinə yola salınıb.[media=https://www.youtube.com/watch?v=ovDM5_-2d04]