Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Maliyyə terminləri: "Ayı bazarı" nə deməkdir, sizə necə təsir edir?

21-06-2022, 11:46   


Maliyyə terminləri Türkiyə Türkiyədə inflyasiya ayı bazarı termini

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES


Son vaxtlar xəbərlərdə tez-tez eşitdiyimiz “ayı bazarı” məsələsi ilə bağlı çoxları ola bilər ki, “Bu nə deməkdir və biz niyə maraqlanmalıyıq?" söyləsin.

Qiymətlərin qalxması və daha yüksək borc və ipoteka ödənişləri vasitəsilə ciblərimizə təsir edən inflyasiya və artan faiz dərəcələrindən fərqli olaraq, insanların əksəriyyəti birja ticarətində fəal iştirak etmədikləri üçün birja jarqonundan xəbərsiz ola bilər.

Ancaq bu cür terminlər və onların mənaları əslində hər kəsə təsir edə bilər. ABŞ fond bazarında əməliyyat aparan ən böyük şirkətlərin performansını izləyən ABŞ-ın Dow Jones və S&P 500 indeksləri dekabr ayından başlayaraq, müvafiq olaraq 15 və 20 faizdən çox azalıb.


İyunun 13-dən isə bazarlarda bəzən məhdud dövrlər üçün enmə müşahidə edilsə də (iqtisadçılar bunu “düzəliş” adlandırırlar), bir çox təhlilçilər deyirlər ki, biz indi “ayı bazarı”ndayıq. Bu, səhmlər birjada son ticarət maksimumunun 20 faizindən çoxunu itirdikdə baş verir.

Başqa sözlə, investorlar aldıqlarından daha çox səhm sataraq, bazarı təşkil edən neft şirkətləri və avtomobil istehsalçılarından tutmuş Apple və Meta kimi texnologiya nəhənglərinə qədər hər cür iri şirkətlərin sərmayəsini azaldıblar.

Bu, iqtisadiyyatda nəyi göstərir?

Fond bazarları investorların nöqteyi-nəzərindən (doğru və ya yanlış) iqtisadi gələcəyə inamın göstəricisidir.

İnvestorlar pulları ilə nə edəcəklərinə qərar vermək üçün iqtisadiyyatın nə qədər sağlam olduğunu göstərən məlumatları (məşğulluqdan inflyasiyaya, faiz dərəcələrinə qədər) diqqətlə incələyirlər.

İngiltərənin Warwick Universitetinin İiqtisadiyyat professoru Roger Farmer-in fikrincə, fond bazarı ənənəvi olaraq iqtisadiyyatın əsas sağlamlığının əksi hesab olunur: "Bu baxımdan, "ayı bazarı" hava proqnozuna bənzəyir. Bu, digər amillərin səbəb olduğu qaçılmaz hadisənin proqnozudur".

iqtisadiyyat həyat kasıblıq pul fond bazarı birjalar sərmayə yatırım kapital Türtkiyə bölgə

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Fond bazarları iqtisadiyyatın vəziyyətini göstərən amillərdən biri hesab oluna bilər.

Sərmayədarlar şirkətlərin gəlirlərinin azalmasının gözləndiyi iqtisadi çətinlik mərhələsinə az qaldığına inandıqları vaxt daha çox dəyər itirmədən bəlli şirkətlərin hissələrini sata bilərlər.

"Ayı bazarı" ümumiyyətlə məhsullara olan tələbin, ticari fəaliyyətləri, ticarətin və nəhayət, məşğulluğun azalacağı çətin dövrün yaxınlaşmasıilə bağlı xəbərdarlıq edir.

"Ayı bazarı"nın çox yüksək zirvələrə çatan güclü böyümə dövründən sonra başlaması daha asandır.

 Mövcud vəziyyət belədir: Pandemiyanın ilk aylarından sonra əksər səhmlərin, xüsusən də texnologiya səhmlərinin qiymətləri artaraq, 2019-cu ilin sonunda əvvəlki artımlardan xeyli yüksək səviyyələrə çatdı.

Əslində, həm Dow Jones, həm də S&P500 son aylarda dəyərlərinin bir qismini itirsələr də, pandemiyadan əvvəlki yüksək göstəricilərinin də üstündədirlər.

Niyə indi "ayı bazarı" var?

"Ayı bazarları"na iqtisadi durğunluq, epidemiyalar, müharibələr və müxtəlif geosiyasi böhranlar kimi bir sıra hadisələr səbəb ola bilər. Covid-19 pandemiyasının qalıcı təsirləri ilə yanaşı, Rusiyanın Ukraynaya hücumu bir çox ölkədə onilliklərin ən pis inflyasiyasına səbəb olmaqla, ərzaq və enerji bazarlarında böyük fasilələrə səbəb olub.

iqtisadiyyat ayı  ayı bazarı fond birjaları fond bazarları iqtisadi termin kimi ayı bazarı nə deməkdir

Ümumilikdə nə qədər davam edə bilər?

ABŞ-ın Hartford Funds investisiya firmasının araşdırmasına görə, S&P500 Amerika maliyyə mərkəzi Wall Street-in dağılmasına səbəb olan 1929-cu il böhranından bəri ümumilikdə 26 dəfə "ayı bazarı"na düşüb. Bu enişlərdən 14-ü 1950-ci ildən əvvəlki dövrə aiddir, əsasən çöküşün səbəb olduğu dalğalanmalarla əlaqədardır. Son zamanlarda ayı bazarları daha az və adətən, iqtisadi böhran və ya durğunluq dövrlərinin başlanğıcında və ya azca əvvəl baş verir. 1970-ci illərin əvvəllərində neft böhranı zamanı qeydə alınanlar xüsusilə sərt idi.

S&P 500 indeksi 1973-cü ilin noyabrından 1974-cü ilin martına qədər 48,2 faiz azaldı. Ən son maliyyə böhranında, 2007-ci ilin oktyabrından 2008-ci ilin noyabrına qədər isə 51,93 faiz azalma oldu. 2020-ci ilin fevral və mart ayları arasında, Covid-19 pandemiyasının iqtisadi azalmaya səbəb olacağına inanaraq, kütləvi şəkildə geri çəkilən bir çox investorun qorxusu səbəbindən qeyri-adi, çox qısa və fərqli bir "ayı bazarı" (bir ay ərzində 34 faiz azalma) baş verdi. Ned Davis Research konsaltinq firmasının məlumatlarına görə, S&P 500-də ayı bazarlarının orta müddəti 289 gün olub və ortalama azalma səviyyəsi təxminən 36 faiz olub.

Bəs, bu, sizə necə təsir edə bilər?

Birjaya investisiya edirsinizsə, cavab aydındır: portfelinizin dəyəri kəskin şəkildə düşə bilər. Ancaq vəziyyət səhm alqı-satqısı ilə heç bir əlaqəsi olmayanlara da təsir edir. "Ayı bazarları" tez-tez tənəzzül xəbərdarlığıdır; bir və ya bir neçə ölkədə iqtisadi fəaliyyətin ümumi tənəzzülü dövrünün baş verdiyini bildirir. Bu, heç kim üçün yaxşı xəbər deyil.

iqtisadiyyat fond bazarları birjalar sərmayə

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Professor Roger Farmer onu da deyir ki, bəzən səhm dəyərindəki böyük və davamlı enişlər iqtisadi böhranların bir əlaməti deyil, iqtisadi qarışıqlıqların səbəbi olur: "[Bu halda] ayı bazarı bir qaz qutusuna kibrit atmaq kimidir. Bazarın çökməsi sonrakı tənəzzülün birbaşa səbəbidir." Professor Farmer bildirir ki, ABŞ-da 30 faizə qədər azalma müşahidə edən keçmiş ayı bazarları ölkədə işsizlik səviyyəsinin artmasına səbəb olub.

Bəs, öküz bazarı nədir?

Ayı bazarı üçün əks termin "öküz bazarı" terminidir. Bu, səhm dəyərinin yüksəlməsi və nikbinlik dövrüdür. Öküz bazarları çox vaxt ayı bazarlarındakı itkilərdən daha tez-tez, uzunmüddətli və investorlar üçün sərfəli olur. Tarixdəki ən uzun öküz bazarı 2009-cu ildən 2020-ci ilə qədər 300 faizdən çox məcmu mənfəətlə davam etdi. Ayı bazarının dibində səhmlərin alınması və öküz bazarının zirvəsində satış əla ticarət hesab olunur. Problem ondadır ki, bizim bu iki ifratdan hər hansı birində olduğumuzu dəqiq bilmək mümkün deyil.

iqtisadiyyat Türkiyə Azərbaycan birja fond birjaları

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

1820-ci ildə Londonda heyvan döyüşlərini göstərən bir illüstrasiya

Niyə heyvan adlarından istifadə olunur?

Birjanın əks tendensiyalarını təmsil etmək üçün öküz və ayının istifadəsi ilə bağlı bir neçə nəzəriyyə var. 

Nəzəriyyələrdən biri onun mənşəyini 16-19-cu əsrlərdə İngiltərədə məşhur olan heyvan döyüşləri ilə əlaqələndirir.

 Bu ənənənin iki variantı hasar içərisində öküz və ya ayını it dəstələri ilə vuruşdurmaqdan ibarət idi.

Buğalar başları yerdən yuxarı baxaraq itlərə hücum edir, ayılar isə yüksək mövqedən aşağıya doğru pəncələri ilə zərbə vurardılar, buna görə də 1801-ci ildə əsası qoyulmuş London Birjasının qabaqcılları bu terminləri öz jarqonlarına daxil etmiş ola bilərlər.

Digər bir nəzəriyyə "ayı" termininin ayı dərisi bazarında meydana gəlməsidir. Dəri alverçiləri onları ovçulardan almamışdan əvvəl satırdılar.

Ayı dərisi satıcıları sadəcə olaraq "ayılar" adlandırılmağa başladılar və bu termin zərərdə olan və ya durğunluq keçirən biznesi işarə etmək üçün istifadə edildi. Bunun əksi yuxarıda qeyd olunan döyüşlərdə ayı antitezisi olan öküz ola bilərdi.

Daha sadə izahı olan başqa nəzəriyyələr də var: öküz canlılığı, təcavüzkarlığı və gücü təmsil edən bir heyvandır, ayı isə uzun qış yuxusu ilə tanınır.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar