Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Soyğunçu bank faizləri niyə aşağı salınmır?

23-06-2022, 20:49   


Soyğunçu bank faizləri niyə aşağı salınmır?


2022-ci ilin ilk 5 ayında (yanvar-may) Azərbaycan bankları kreditlər üzrə 852,8 milyon manat faiz gəlirləri əldə ediblər.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 187,8 milyon manat və ya 28,2% çoxdur.

Məhz 2022-ci ilin ilk 5 ayında (yanvar-may) Azərbaycan bankları depozitlər üzrə 169,8 milyon manat faiz ödəyiblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,1 milyon manat və ya 19,8% çoxdur.

Müqayisə olunan dövrdə bankların kredit portfeli (müştərilərə verilən kreditlər) 3 milyard 407 milyon manat və ya 23,2% artaraq 18 milyard 98 milyon manata çatıb.

Maraqlıdır, bank faizləri aşağı salınmalıdırmı?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, aşağı faizli kreditlərin verilməsi mümkündür:

"Bankların faizlərinin aşağı enməsi üçün kompleks tədbirlərə ehtiyac var. Birincisi, gərək Mərkəzi Bank uçot dərəcəsini ciddi şəkildə aşağı çəksin. İkincisi, faizlər aşağı düşəndə depozitlər də mütləq ucuzlaşmalıdır. Yəni, depozitlərin faizi də aşağı düşməlidir. Belə olanda insanların depozitlərə marağı azalır və vəsaitlərini banklardan çıxardıb başqa sahələrə yatırmağa üstünlük verirlər.

Məsələn, valyutada saxlayırlar, daşınmaz əmlaka yönəldirlər və s. depozit faizləri aşağı düşəndə, əhalinin banklarda vəsait saxlamağa marağı olmur. Bu da sonrakı dönəmlərdə problemlər yaradır. Buna görə də dövlətin üstünə düşən öhdəlik bundan ibarətdir ki, istehsalla, xidmətlə məşğul olan, iş yerləri yaradan, orta və kiçik sahibkarlara daha aşağı faizli və uzunmüddətli kreditlər versin.

Mərkəzi Bank və hökumət bu yöndə birgə anlaşma saxlamalıdır, birgə proqram qəbul olunmalıdır. Yəni, aşağı faizli kreditlərin verilməsi mümkündür".

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar