Yasamalın başçısı da yas əmri verdi

4-09-2014, 11:33   
Yasamalın başçısı da yas əmri verdiYasamal rayonunun icra başçısı İbrahim Mehdiyev də yas mərasimlərində israfçılığın qarşısını almaq üçün tapşırıqlar verib.
Axar.az xəbər verir ki, ötən gün Yasamal ərazisində təşkil olunmuş hüzr mərasiminə polis və icra əməkdaşları gəliblər. Onlar hökumətin tövsiyyəsini yada salaraq, israfçılıq etməməyi tapşırıblar.
Yas mərasiminin sahibi icra nümayəndəsinin xəbərdarlığını qəbul etdiyini, ayrı-seçkilik qoyulmayacağı və tövsiyyəyə bütün rayonda əməl ediləcəyi təqdirdə bu təşəbbüsə məmnunluqla qoşulacağını deyib. Daha sonra ağsaqalların məsləhəti ilə ehsan süfrəsində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılıb.
Yas mərasimində eştirak edən əməkdaşımızın sözlərinə görə, məsələ uzun müddət məclis iştirakçılarının müzakirəsinə çevrilib və təqdir edilib.
Qeyd edək ki, artıq Sumqayıt və Gəncənin icra başçıları da yas israfçılığına qarşı xəbərdarlıqlara başlayıblar və bəzi məqamlarda inzibati metodlardan istifadə edilə biləcəyini də istisna etmirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.