Fəthullah Güləni ya bizə verin ya da deportasiya edin...
Bu gün ABŞ prezidenti Obama ilə görüşəcək olan prezident Ərdoğan, masadakı mövzulardan birinin də “dinləmə” qalmaqalı ilə əlaqədar tələblərini irəli sürəcəyini bildirib.
Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan NATO zirvəsinə qatılacağı Uels paytaxtı Kardifə gedərkən, təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Ərdoğan Kardifdə Barak Obama ilə edəcəyi ikitərəfli görüşdə ABŞ başçısından Fəthullah Güləni ya Türkiyəyə ekstradisiya ya da deportasiya etmələrini istəyəcəyini bildirib.
Ərdoğan, Obamayla edəcəkləri görüşdə İraq və Suriyadakı vəziyyət, İsrail - Fələstin atəşkəsi, 'Türkiyənin dinlənməsi' və əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinə önəm verəcəklərini bildirib.
Ərdoğan dinlənmə ilə əlaqədar 'Məlumat və sənəd olmadan nə edəcəksiniz? deyənlər var. Hər şey, dinlemeler hamısı ortada. Bunlardan daha böyük sənəd olarmı? “-deyə bildirib.
Bundan əlavə Ərdoğan “İndi inkar etmə mərhələsindədir. Hal-hazırda dəlilləri yox etmə nöqtəsinə gəliblər. Sanki bir casusluq təşkilatı meydana gətiriblər və bu işlərin mərkəzi də Pensilvaniyadır”-deyib.
Ərdoğan şərhində “Madam ki, biz ABŞ ilə strateji əməkdaşıq, aramızda bir model əməkdaşlıq var; siz necə zaman-zaman bəzi terroristləri istəyirsiniz biz də sizə veririksə, biz də sizə deyirik ki, belə belə. Ya bunu deportasiya edin və ya bizə verin. Özüdə günahı olmadığını söyləyir ...”- deyə bildirib.
“Günahı yoxdur gəlsin burada yaşasın. İdarə edəcəksə buradan idarə etsin, siyasətə qoşulacaqda burada qoşulsun"- deyə Türkiyə prezidenti sözlərinə əlavə edib. (ans)